Evlərdən 27 min manat oğurladılar
24 mart 2018 19:12 (UTC +04:00)

Evlərdən 27 min manat oğurladılar

0

Bərdədə külli miqdarda pul oğurlamış şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Bərdə rayon sakini Vahid Xanməmmədov RPŞ-yə ərizə ilə müraciət edərək evindən 5000 manat pulunun oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüqar İbrahimov və Tərtər rayon sakini Vüqar Baxşəliyev saxlanılıblar.

Ətraflarında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onların digər cinayətinin üstü açılıb.

Belə ki, cari ilin fevral ayında Bərdə rayon sakini Məzahir Cəfərovun evindən 22230 manat pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar