Bakı sakini evində yanaraq ölüb.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 6-da saat 19.00 radələrində Sumqayıt şəhərinin Saray bağlar sahəsində Bakı şəhər sakini Rasim Rəsulova məxsus evdə elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.
Nəticədə mətbəxin 12 kv.m yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin tüstüdən boğulmuş meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.