Evdən küllü miqdarda pul oğurlayan yeniyetmə tutuldu
Bakıda ev qarət edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 15-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 31 000 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
479