Evdən, maşından oğurluq edənlər saxlanıldı
03 oktyabr 2019 18:49 (UTC +04:00)

Evdən, maşından oğurluq edənlər saxlanıldı

0
 
Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki marketlərin birindən 1392 manat oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Y.Nuriyev saxlanılıb.
 
***
 
Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon ərazisində “Opel” markalı avtomobildən 1320 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov yaxalanıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 907

Oxşar yazılar