Evdən 20 minlik qızıl oğurlayan şəxs yaxalandı
01 fevral 2016 13:20 (UTC +04:00)

Evdən 20 minlik qızıl oğurlayan şəxs yaxalandı

0

Oğurluq etmiş Gəncə şəhər sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də Gəncə şəhər sakini Kamil Məmmədovun evindən 200 manat və 100 ABŞ dolları, habelə 13000 ABŞ dolları və 6650 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerlisi Bahadur Məmmədov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 219

Oxşar yazılar