Dağ Yəhudiləri İcmasının rəhbərinin evinə soxulan 5 nəfər tutulub - YENİLƏNİB
08 dekabr 2014 13:21 (UTC +04:00)

Dağ Yəhudiləri İcmasının rəhbərinin evinə soxulan 5 nəfər tutulub - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə edilən basqınla bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumat görə, dekabrın 6-da saat 06 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs qanunsuz yolla Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər.
 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq)  maddəsi ilə cinayət işi başlanıb.



Cinayətin “isti izlər”lə açılmasını təmin etmək məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər - Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimov polis əməkdaşları tərəfindən tutulublar.  
 

Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.

 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 
 
*****
 
 
10:13
 
 
Dekabrın 6-da Quba rayon sakini Boris Simanduyevin evinə basqın edən qruplaşmanın iki üzvü polis tərəfindən saxlanılıb.

 

APA-nın yerli bürosunun məlumatına görə, basqınçılardan bir qadın və bir kişi Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində tutulub. Basqında iştirak edən digər şəxslərin tapılıb istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, dekabrın 6-da B. Simanduyevə məxsus evə basqın edənlər onu döyüb, bacısını isə bıçaqlayıblar.

 

Yaşayış evindən onun özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları aparılıb.

 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, B. Simanduyev ötən il aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar