Evdə meyiti tapılan qadının qatilləri tutuldu
Yeni Yasamalda qadının bıçaqla qətlə yetirənlər tutulub.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar - F.Axundov, R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Quluzadə və H.Nəsirli saxlanılıb. Digər şəxsin tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Qeyd edək ki, sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
1524