Ermənistanda hərbçilər xəstəxanadan qaçıb
04 noyabr 2013 10:41 (UTC +04:00)

Ermənistanda hərbçilər xəstəxanadan qaçıb

Ermənistanda “Kanaz” hərbi hospitalından bir neçə hərbçi qaçıb. Lent.az-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

 

Hadisə noyabrın 3-ə keçən gecə baş verib. Qaçışa hospitalda müalicə alan əsgərlər arasındakı dava səbəb olub. Ovannisyanın sözlərinə görə, toqquşmada xəstəxananın eyni bölməsində müalicə olunan hərbçilər iştirak ediblər. Münaqişənin səbəbləri açıqlanmır.

 

Nazirlik rəsmisi onu da əlavə edib ki, əsgərlər növbətçi həkimə hücum etdikdən sonra aradan çıxıblar. Rəsmi məlumatlara əsasən, qaçanlar 4 nəfər olub. Qeyri-rəsmi xəbərlərdə isə onların 5 nəfər olduğu bildirilir.

 

Yerli KİV əsgərlərin xəstəxananın yanında yoldan ötən maşınları saxlayaraq, “Bizi öldürürlər” deyə onları aparmalarını xahiş ediblər. Artıq qaçanlardan 3 nəfərini xəstəxanaya qaytarmaq mümkün olub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Oxşar yazılar