Ermənilər iki mülki şəxsi yaraladı: biri uşaqdı
03 aprel 2016 00:14 (UTC +04:00)

Ermənilər iki mülki şəxsi yaraladı: biri uşaqdı

0

Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə,  ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.

 

Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü  Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar