Ermənilər 3 il qabaq belə rasistlik etmişdi
16 iyun 2015 12:28 (UTC +04:00)

Ermənilər 3 il qabaq belə rasistlik etmişdi

 

Bakıdakı Avropa Oyunlarının açılış mərasimində “çatışmazlıq”lar axtaranlar, stadiona toplaşmış tamaşaçıları Ermənistan nümayəndə heyətinə “soyuq” münasibət göstərməkdə suçlayırlar. Amma görünür, bu “ittihamı” səsləndirənlərin yaddaşı çox qısadır. Elə isə onlara cəmi 3 il əvvəl – 2012-ci ildə Yerevanda keçirilən boks üzrə dünya çempionatında Azərbaycanın nümayəndə heyətinə qarşı göstərilən sayğısızlığı xatırlatmaq istərdik.

 

Videoda da göründüyü kimi, həmin çempionatın açılış mərasimində bütün nümayəndə heyətlərinin bayraqlarını erməni qızları daşıdığı halda, Azərbaycan bayrağı Afrika mənşəli xanıma “etibar edilmişdi”.

 

Təbii ki, tolerant Azərbaycan üçün onun bayrağını hansı irqin nümayəndəsinin daşıması heç bir fərq etmir – biz bütün irqlərə və millətlərə hörmət və sayğı ilə yanaşırıq. Bu, sadəcə, Ermənistanın irqçilik və millətçiliyinin göstəricisi sayıla bilər: görünür, monoetnik Ermənistan üçün Azərbaycan bayrağını afrikalı xanımın daşıması bizim üçün təhqir sayılmalıdır. Bu zaman ermənilər belə yanaşmanın həmin xanıma və onun təmsilçisi olduğu xalqa təhqir, irqi ayrı-seçkilik olduğunun fərqində belə deyillər. Burada xatırlatmaq yerinə düşər ki, vaxtilə Ermənistanın sabiq prezidenti Robert Köçəryan rasist ideoloqlarına xas olan tərzdə erməni və Azərbaycan xalqlarının etnik uyğunsuzluğu haqqında bəyanatla çıxış etmişdi.

 

Bir sözlə, Avropa Oyunlarının açılış mərasimi ilə bağlı Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirənlərə tez-tez bu videoya baxmağı tövsiyə edərdik. 

 

Qeyd etdiyimiz məqam videoda 1.30-cu dəqiqədə.  (qafqazinfo.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28