Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan atəşkəsi 12 dəfə pozub
20 sentyabr 2016 09:53 (UTC +04:00)

Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan atəşkəsi 12 dəfə pozub

0

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə,Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

İşğal altında olan Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar