“Ermənistan KİV-in iyul ayının 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil”.
Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir. Nazirlikdən verilən açıqlamada qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir: “M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur”.