Bəstəkar-müğənni Emin Ağalarov solo konsertə hazırlaşır. Axşam.az-ın məlumatına görə, ifaçı bu dəfə Sankt-Peterburqda sevənlərinin qarşısına çıxacaq. Müğənni həmin gün eyni zamanda rus dilində səsləndirdiyi mahnıların yer aldığı “Na krayu” albomunu da təqdim edəcək.
Fevralın 12-də baş tutacaq konsert sevgililər gününə həsr ediləcək. Gecədə tamaşaçıları maraqlı rəqslər, akrobat qrupu, canlı orkestrin çıxışı gözləyir.