Əməkdar artistin səhhəti yenidən pisləşdi - <span style="color:red;">AÇIQLAMA
01 may 2014 12:22 (UTC +04:00)

Əməkdar artistin səhhəti yenidən pisləşdi - AÇIQLAMA

Musiqili Teatrın aktrisası Xanım Qafarovanın səhhəti pisləşib. Bu barədə Lent.az-a aktrisanın özü məlumat verib. O, müalicəsini ev şəraitində davam etdirdiyini, lakin bir neçə saat sonra xəstəxanaya gedəcəyini söyləyib:

 

 “Səhhətim yenidən pisləşib. İndi həkimlər gəlib. Mənə qan köçürürlər. Qan köçürüldükdən sonra Milli Onkoloji Mərkəzə gedəcəm. Orada müayinə və müalicə olunacam. Allah köməyi ilə hər şey yaxşı olar”.

 

Qeyd edək ki, X.Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib.

# 2903
avatar

Yalçın UĞUR

Oxşar yazılar