Mayami Beynəlxalq Hava Limanında təhlükəsizlik yoxlama məntəqəsi bir sərnişinin içərisində ilan olan bağlama apardığını aşkar edib. Kişi olduğu müəyyən edilən sərnişin sürünənləri yaşıl rəngli kamuflyaj tipli kiçik çantada gizlədib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təqdim edilən fotoşəkillərdən birində çantanın kənarında ağ qablaşdırma materialı ilə əhatə olunmuş iki çəhrayı ilanın hərəkəti əks olunub.
Məlumata görə, hadisə yerinə ABŞ Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları və yerli Mayami polisi cəlb olunub. İlanlar Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının himayəsinə götürüb. Beynəlxalq reyslə səyahət etmək istəyən sərnişinin baqajında sürünən heyvanlar aşkar edildikdən sonra təyyarəyə minməyə icazə verilməyib. ABŞ Nəqliyyat Departamenti rəsmi saytında izah edib ki, federal və əyalət orqanları müvafiq məhdudiyyətlər qoymaqla diri heyvanların daşınmasını tənzimləyir.