Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər
17 may 2024 19:49 (UTC +04:00)

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

Tomas Tuxelin "Bavariya"nın baş məşqçisi kimi qalması üçün iki şərt yerinə yetirilməlidir.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə jurnalist Fabrisio Romano sosial şəbəkələrdən birində yazıb.

Mənbənin iddiasına görə, birinci şərt Tuxelin "Bavariya"nın transfer siyasətinə təsir etmək istəməsidir. Baş məşqçi hansı futbolçuların satılmalı, hansının alınacağını müstəqil müəyyənləşdirmək niyyətindədir. 

İkinci şərt isə 50 yaşlı Tuxellə əmək müqaviləsinin uzadılması zərurətidir. Alman mütəxəssisin hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bu şərtlər yerinə yetirilməsə, Tuxel bu mövsümün sonunda klubu tərk edəcək.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Bavariya” rəhbərliyinin bir hissəsinin Münhen klubunda işləməyə davam edən Tuxelə müsbət baxdığı haqda xəbərlər yayılmışdı. Bəzi komanda rəhbərlərinin də onun "Bavariya"nın baş məşqçisi postunda saxlanmasının tərəfdarı olduğu bildirilirdi.

Fevral ayında Tuxelin gələn yay "Bavariya"nı tərk edəcəyi rəsmən açıqlanmışdı. O, 2023-cü ilin martında kluba rəhbərlik edir. Mütəxəssisin rəhbərliyi altında Münhen komandası 2013-cü ildən sonra ilk dəfə Almaniyada çempionluq titulunu əldən verib. "Bavariya" Çempionlar Liqası və Almaniya Kubokunu tərk edərək 12 ildən sonra ilk dəfə kuboksuz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3324

Oxşar yazılar

Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42
Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

16 may 2025 , 14:18
"Barselona"nın oyunundan əvvəl maşın azarkeşləri əzdi - VİDEO

"Barselona"nın oyunundan əvvəl maşın azarkeşləri əzdi - VİDEO

16 may 2025 , 12:20