Qədim dövrlərdə, texnologiyanın hələ başlanğıc mərhələsində olduğu və havanın böyük sirlərdən biri olaraq qaldığı bir vaxtda filosof Teofrast səmavi işarələrin dilini aşkar etməyi öhdəsinə götürüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, eramızdan əvvəl 372-ci ildə anadan olub.
İki min ildən çox əvvəl yazılmış "İşarələr haqqında" kitabında Teofrast öz dövrünün təkcə nəzəri mülahizələri deyil, həm də hava proqnozu üçün praktiki tövsiyələr təklif edib. Beləliklə, o, tarixdə ilk hava proqnozçusu olub.
Onun hava proqnozuna yanaşması unikal idi. Atmosferdəki dəyişiklikləri proqnozlaşdırmaq üçün heyvanların təbiətində və davranışında olan incə dəyişikliklərə diqqət yetirib. Teofrast bir çox sahələr üzrə alim idi və botanika sahəsindəki tədqiqatları onun bu elmin atası statusunu qazanmasına səbəb olub. Təbiətə olan sevgisi və onun sirlərini dərk etmək istəyi onu nəinki böyük filosof, həm də müşahidələri bu günə qədər bizi ruhlandırmaqda davam edən tarixdə ilk hava proqnozçusu edib.