Bakıda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Məhəmmədi, Pirşağı və Kürdəxanı qəsəbələrində müxtəlif vaxtlarda 5 evdən ümumilikdə dəyəri 11000 manata yaxın olan tikinti materialları və məişət əşyaları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Fuad Nəsirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.