Türkiyənin məşhur aktrisası Beren Saat müalicəyə başlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Beren Saat “Nişantaşı”nda klinikadan çıxanda görünüb.
O, ağrılarına görə klinikaya gəldiyini bildirib. Aktrisanın barmağında nikah üzüyünün olmaması diqqətdən qaçmayıb.