"Instagram"da canlı yayın açıb, intihara cəhd edən Dilarə Zamanova polis nəzarətinə götürülüb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 21 dəqiqə sonra adresi müəyyənləşdirilib, həmin ünvana gedilib. Hazırda onun vəziyyətinin yaxşı olduğu qeyd edilib.
***
17:32
Sosial media mütəxəssisi Dilarə Zamanova özünü öldürəcəyi barədə xəbərdarlıq edib.
Lent.az xəbər verir ki, o, “Instagram”da canlı yayım açaraq, özünü öldürəcəyini bildirib. İzləyicilər müxtəlif şərhlər yazaraq onu bu addımdan çəkindirməyə çalışırlar.