Əməkdar artist Süleyman Zeynalov sağlamlığındakı narahatlıqlara son qoymaq üçün həkimlərə üz tutub.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, əməkdar artist Süleyman Zeynalov deyib ki, əsəbdən ayaqları tutulub.
"Bilirsiniz ki, mən həmişə 15 yaşındakı oğlan kimi olmuşam. Lakin sonra əsəbdən ayaqlarım tutulmağa başladı", deyə Süleyman Zeynalov bildirdi.
Süleyman Zeynalov qəfil səhhətində baş verən problemlər səbəbindən həkimə müraciət edib. Müayinə zamanı isə onun onkoloji xəstəliyə düçar olduğu məlum olub.
“15 gün bundan əvvəl hər gecə titrəyirdim. Bunların hamısı əsəbdəndir. Çıldağa qədər getmişəm, sonra qaşınırdım və titrəyirdim”.
Süleyan Zeynalov bu gün əməliyyat olunub.