AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli saxlanıb.
AXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 22-də Demokratik Qüvvələrin Milli Şurasının mitinqindən sonra baş verib. T. Kərimli və onunla birlikdə olan daha iki nəfər mitinqdən sonra paytaxtın mərkəzi hissəsində saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb. Onlar seçki plakatlarını cırmaqda təqsirləndirilirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, informasiya araşdırıldıqdan sonra açıqlama veriləcək.