Əli İnsanov İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edib
03 aprel 2014 17:10 (UTC +04:00)

Əli İnsanov İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edib

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə ərizə ilə müraciət edib. Bunu APA-ya açıqlamasında Ə. İnsanovun vəkili Toğrul Babayev deyib.

 

T. Babayevin sözlərinə görə, Ə. İnsanov barəsində Bakı Apellyasiya Məhkəməsində qərar bir aydan çoxdur, qəbul olunub: “Onun barəsində məhkəmə qərarı olmasına baxmayaraq etap olunmur. Uzun müddətdir, istintaq təcridxanasında saxlanılır. Onun işi ilə bağlı məhkəmə prosesi bitdiyindən cəzaçəkmə müəssisəsinə etap olunmalıdır. Əli İnsanov ərizəsində etap olunmasını xahiş edib”.

 

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsi isə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

 

Xatırladaq ki, AİHM Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddialarını təmin edib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da əksini tapıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120
avatar

Oxşar yazılar