Elçin Hüseynbəylinin «Şah Abbas» və «141-ci Don Cuan» romanları İstanbulun «İləri» Yayım Evində nəşr olunub. Lent. az-ın məlumatına görə, əsərləri Türkiyə türkcəsinə Jümhur Turan uyğunlaşdırıb. Kitablar noyabrın 2-10 tarixində İstanbulda keçirilən Beynəlxalq Kitab sərgisində nümayiş olunur. Bu, Hüseynbəylinin Türkiyədə nəşr olunan sayca üçüncü kitabıdır.
Müəllifin «Silaya dönüş» («Yurda qayıdış») hekayələr toplusu 2011-ci ildə Ankaranın «Bengü» şəriyyatında işıq üzü görmüşdü.