Ekspertiza 6 yaşlı qızın zorlamaya məruz qalması versiyasını təsdiqləmədi
16 iyun 2014 14:43 (UTC +04:00)

Ekspertiza 6 yaşlı qızın zorlamaya məruz qalması versiyasını təsdiqləmədi

0

Qonşunun 6 yaşlı qızını zorlamaqda təqsirləndirilən və 2 sutka saxlanılan 58 yaşlı Yaşar Yusifov azadlığa buraxılıb. Araşdırmalar bitənə qədər Yusifovdan başqa yerə getməmək barədə iltizam alınıb. Məlumatı Binəqədi Polis Idarəsi təsdiq edib. APA TV-nin xəbərinə görə, valideyləri tərəfindən zorlandığı deyilən 6 yaşlı qız ekspertizaya göndərilib. Ekspertizanın rəyinə görə uşaqda hər hansı bir zorlama əlaməti aşkar olunmayıb. Qeyd edək ki, hadisə Binəqədi-Xırdalan yolu, I Mədən adlanan ərazidə baş verib. Hadisə baş verərkən qız evlərində tək olub. Uşağın hansı formada, harada zorlandığı bildirilməsə də uşağın anası qonşulara xəbər verdikdən sonra Yusifov döyülüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalar davam edir. Tüfeyli həyat tərzinə və içkiyə meylli olduğundan Binəqədi polisi Yusifovun uşağa seksual zorakı hərəkətlər edə biləcəyini istisna etmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2833

Oxşar yazılar