Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıtdı
21 yanvar 2016 17:04 (UTC +04:00)

Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıtdı

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Silahlı Qüvvələrin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

 

Müdafiə Nazirliyinindən Lent.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

 

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176

Oxşar yazılar