Əfqanıstanda ABŞ ordusunun general-mayoru güllələnib
05 avqust 2014 21:26 (UTC +04:00)

Əfqanıstanda ABŞ ordusunun general-mayoru güllələnib

0
ABŞ ordusunun general-mayoru təlim obyektində yerli sakin tərəfindən güllələnib.
 
Lent.az-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  New York Times qəzeti Əfqanıstandakı NATO koalisiyasının nümayəndəsinə istinadən məlumat yayıb.  
Qeyd edək ki, həlak olan general-mayor Əfqanıstanda 2001-ci ildən davam edən əməliyyat dövründə öldürülən ən yüksək rütbəli amerikalı hərbçidir.   
Hücumu Əfqanıstanın Milli Ali Hərbi Akademiyasında hərbi geyimli əfqanlı törədib. Pentaqon məlumatı təsdiqləyərək, qeyd edib ki, hücum zamanı 1 amerikalı hərbçi həlak olub, 15 nəfər isə yaralanıb. Pentaqon həlak olan hərbçinin şəxsiyyətini və rütbəsini açıqlamır. 
Əfqanıstan hərbçiləri arasında yaralıların olduğu bildirilir. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1531

Oxşar yazılar