Ədəbiyyat müəllimi özünü öldürdü
09 mart 2016 18:23 (UTC +04:00)

Ədəbiyyat müəllimi özünü öldürdü

 

 

 

Zərdab rayonunda intihar hadisəsi baş verib. Lent.az anspress-ə istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayonun Məlikli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü  Yaşar Müzlü oğlu Həsənov özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.

Məlikli kənd sakininin bildirdiyinə görə, mərhum əvvəllər Sarıqaya kənd məktəbində rus dili müəllimi işləyib: “Daha sonra o, ixtisasını ədəbiyyat müəllimliyinə dəyişdi. Ancaq 6 il idi ki, işləmirdi.

Məktəbdən səhhətinə görə çıxmışdı. Daha sonra onun səhhətindəki problemlər daha da dərinləşdi və onun psixoloji problemləri yarandı. Son vaxtlar isə psixologiyası təmiz pozulmuşdu. Onun bu səbəbdən intihar etdiyi ehtimal edilir”.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Zərdab rayonunda sonuncu intihar 5 gün əvvəl qeydə alınıb. Şəhərin Mehdi Hüseyn küçəsində yaşayan 1997-ci il təvəllüdlü Sərxan Asif oğlu Yuniszadə özünü yaşadığı evin həyətindəki tikilidən asıb19 yaşlı gəncin hansı səbəbdən canına qəsd etdiyi hələlik məlum  deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar