Ədəbiyyat İnstitutu: İşçimizin İrana nə məqsədlə getdiyini bilmirik
01 may 2013 15:33 (UTC +04:00)

Ədəbiyyat İnstitutu: İşçimizin İrana nə məqsədlə getdiyini bilmirik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid Təbrizdə həbs edilib. Lent.az-ın məlumatına görə, X.Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Məsələ ilə bağlı Ədəbiyyat İnstitutu ilə əlaqə saxladıq. İnstitutun direktor müavini Məhərrəm Qasımlı Lent.az-a bildirib ki, bu məsələdən xəbərdardırlar: “Xalidə xanımın hansı səbəbdən həbs olunmasını bilmirəm. Mətbuat vasitəsi ilə xəbər tutdum ki, əməkdaşımız İranda həbs olunub”.

M. Qasımlının sözlərinə görə, X. Xalid aprelin 26-dan etibarən işə də gəlmirmiş: “Bir neçə gündür o işə gəlmir. Heç icazə də almayıb. İşə gəlməməyinin səbəbi də bəlli deyil. Bir də onu qeyd edim ki, Xalidə Xalid İrana Ədəbiyyat İnstitutu tərəfindən göndərilməyib. Nə məqsədlə getdiyini biz də bilmirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15