Düz bağırsağından xeyli narkotik çıxarıldı
19 sentyabr 2016 10:37 (UTC +04:00)

Düz bağırsağından xeyli narkotik çıxarıldı

0

Azərbaycana gələn şəxsdən xeyli narkotik götürülüb. Lent.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

 

Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 89,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,0 qram olan tiryək aşkar edilib.

 

 Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar