Dünən yol qəzalarda <span style="color:red;">2 nəfər ölüb, 1-i yaralanıb
24 avqust 2016 13:59 (UTC +04:00)

Dünən yol qəzalarda 2 nəfər ölüb, 1-i yaralanıb

0

Beyləqanda ağır yol-nəqliyyat hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, avqustun 23-də saat 15 radələrində Beyləqan rayonunun Kəbirli kəndində rayon sakinləri Elturan İbrahimlinin idarə etdiyi “Mercedes” və İlyas Əsədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə İ. Əsədovun sərnişini İntizar Əsədova hadisə yerində ölüb.

 

Daha bir yol nəqliyyat hadisəsi paytaxtda da baş verib. Belə ki, avqustun 23-də saat 01 radələrində Səbail rayonunun Bibiheybət qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Çingiz Soltanov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Oxşar hadisə, paytaxtın Xəzər rayonunda da olub. Avqustun 23-də saat 01 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Qəmər Hacıyeva vurulub və o, xəstəxanaya yerləşdirilib. Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Hər üç hadisə ilə bağlı cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar