Azərbaycanda borca görə 12 nəfər saxlanıldı
01 oktyabr 2019 11:35 (UTC +04:00)

Azərbaycanda borca görə 12 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi dünən ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
 
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, gün ərzində törədilən 14 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Mehman Nəbiyev

Oxşar yazılar