Aprelin 1-də saat 23 radələrində Hacıqabul şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilməmiş avtomobillə yolu keçən Şirvan şəhər sakini İlham Əmənovu vurub və o, hadisə yerində ölüb.
Hacıqabul RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bundan başqa, dünən saat 21 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Ramin Əmrahov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Şaiq İsmayılovu vurub. Ş.İsmayılov hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.