Dubaydan gələn Azərbaycan vətəndaşı saxlanıldı
20 iyun 2019 11:43 (UTC +04:00)

Dubaydan gələn Azərbaycan vətəndaşı saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
 
Dövlət Gömrük Komitəsindən Lent-az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə tərtib edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib.
 
Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları - 13 ədəd qulaqlıq, 4 ədəd səsgücləndirici, 5 ədəd fotoaparat, 5 ədəd oyun diski, 1 ədəd plata, 4 ədəd "driver", 27 ədəd hard disk, 3 ədəd ştrix kod oxuyucu, 3 ədəd videokart, 13 ədəd RAM, 44 ədəd flaşkart, 2 ədəd proyektor və 15 ədəd ətir, həmçinin düzgün bəyan edilməyən 6 ədəd qol saatı aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar