Döyüş meydanında qalmış meyitlərin götürülməsinə başlanıldı
08 aprel 2016 15:05 (UTC +04:00)

Döyüş meydanında qalmış meyitlərin götürülməsinə başlanıldı

Döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb.

 

APA-nın məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

 

ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar