Bakıda 2 nəfər xuliqanlıq etdiyinə görə tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də Bakı şəhər sakini Sunay Abdullayevi xuliqanlıq zəminində döymüş paytaxt sakinləri Ruslan Nəbiyev və Nicat Əliyev tutulub. Araşdırmalar zamanı onların S.Abdullayevi döyərək qızıl boyunbağısını və 1260 manat pulunu almaları da müəyyən edilib.