Döyərək telefonunu və pulunu aldılar
Bakıda quldurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Rüstəmov oktyabrın 2-də saat 14 radələrində 1 nəfərin onu döyüb mobil telefonunu və 10 manatını almasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Nuralıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
605