Dövlət qoruğunda narkotik bitki aşkarlandı
07 avqust 2013 15:12 (UTC +04:00)

Dövlət qoruğunda narkotik bitki aşkarlandı

Faktla bağlı DİN məlumatlandırılıb


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə bu gün keçirilən reyd zamanı Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində, Arılıq meşəsinin Sarıçay sahilində naməlum şəxslər tərəfindən qanunsuz olaraq kol-kosdan təmizlənmiş 16 m2 sahədə tərkibində narkotik maddələr olan 1-3,5 metr hündürlüyündə 29 ədəd çətənə bitkisinin əkilib becərilməsi və onlara aqrotexniki qulluq edilməsi faktı aşkar olunub.

 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla bağlı dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilib. Hazırda araşdırma aparılır.

 

ETSN-in əməkdaşları tərəfindən reydlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1643
avatar

Oxşar yazılar