Dostunun qanını töküb qaçdı
04 dekabr 2014 12:43 (UTC +04:00)

Dostunun qanını töküb qaçdı

0

Göygöldə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Göygöl rayon Mollacəlilli kənd sakini, 33 yaşlı Natiq Həsənov qarının, sol gicgahın və qoltuqaltı nahiyənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat edilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Göygöl rayon Polis Şöbəsindən bildiriblər ki, N. Nəsənovun dostu tərəfindən bıçaqlandığı müəyyənləşib. Həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar