[b]19 yaşlı qız 4-cü mərtəbədən yıxıldı, komaya düşdü [/b]
02 iyul 2017 00:36 (UTC +04:00)

[b]19 yaşlı qız 4-cü mərtəbədən yıxıldı, komaya düşdü [/b]

0

Hacıqabulda binadan yıxılan 19 yaşlı qadın reanimasiya şöbəsinə yerləşdirilib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabulda hərbi şəhərcik adlanan ərazidə 1998-ci il təvəllüdlü Əmənova Lamiyə Kamal qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. 19 yaşlı qız ağır kəllə-beyin və çanaq sümüyünün sınığı travması ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar