Daha bir doğuş faciəsi: ana və uşaq öldü
25 mart 2015 16:16 (UTC +04:00)

Daha bir doğuş faciəsi: ana və uşaq öldü

Ağdamda ana və uşağı doğuş zamanı dünyasını dəyişib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, əslən işğal altındakı Ağdərə rayonundan olan məcburi köçkün 35 yaşlı Mətanət Həbibova gecə saatlarında doğum sancıları ilə Ağdam rayon Üçoğlan kənd xəstəxanasına gətirilib.

Doğuşda iştirak edən xəstəxananın həkimi Saçlı Qurbanovanın dediyinə görə, qadın xəstəxanaya daxil olarkən artıq uşaq ana bətnində dünyasını dəyişibmiş. Kəskin qanaxma nəticəsində ananın da həyatını xilas etmək mümkün olmayıb.

“Cift vaxtından əvvəl qopduğuna görə, uşağın anayla əlaqəsi kəsilib və məhv olub. Cifti çıxardıq, qanaxmaya qarşı tədbir gördük. Lakin qadını xilas edə bilmədik”, - deyə Saçlı Qurbanova bildirib.

Hadisə barədə Mətanət Həbibovanın yaxınları danışmaq istəməyiblər. 

Qeyd edək ki, bu, qadının birinci hamiləliyi olub.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21