Daxili İşlər Nazirliyi Zığ qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, dekabrın 11-də Suraxanı rayonunun Zığ qəsəbəsindəki bağ evlərinin birində Bakı şəhər sakini Elşən Mehdiyev qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu İntima Salmanovaya bıçaqla xəsarət yetirib hadisə və yerini tərk edib. İ.Salmanova hadisə yerində ölüb.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mehdiyev tutulub.
Faktla bağlı araşdırma aparılır.