DİN zəncirvari qəza ilə bağlı məlumat yaydı
01 aprel 2015 12:16 (UTC +04:00)

DİN zəncirvari qəza ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş zəncirvari qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 1-də saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Cəbrayıl rayon sakini Xəyyam Quliyevin idarə etdiyi “Kamaz”, Bakı şəhər sakinləri Zamirə Məmmədovanın idarə etdiyi “Chevrolet”, Elnur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Təranə Əsgərovanın idarə etdiyi “Mercedes” və Gəncə şəhər sakini Saleh Məmmədovun idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Quliyev orada ölüb.

 

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar