Daxili İşlər Nazirliyi Qaxda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qum kəndində kənd sakini Fətəli Hüseynov idarə etdiyi “VAZ-2103” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Sürücü və sərnişinlərindən Tarix Hüseynov ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırılma aparılır.
Qeyd edək ki, qəzada ölənlər qardaşdır.