Daxili İşlər Nazirliyi dünən Maştağada baş verən qətl hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünən Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmirəli Cavadov evində münaqişə zəminində bacısı İzzət Cavadovaya və onun əri Vüsal Cavadova bıçaqla xəsarət yetirib. Nəticədə İ.Cavadova hadisə yerində ölüb, V.Cavadov isə xəstəxanaya yerləşdirilib.
S.Cavadov könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olub.