DİN ölkədə törədilmiş qətllərlə bağlı məlumat yaydı
15 mart 2016 12:41 (UTC +04:00)

DİN ölkədə törədilmiş qətllərlə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi dünən törədilmiş qətllərlə bağlı məlumat yayıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 14-də Tovuz rayonunun Aşağı Quşçu kəndində kənd sakini Qulu Almədətovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Gəncə şəhər sakini Sənan Muradov tutulub.

 

Bundan başqa martın 14-də Yevlax şəhərində yaşayan Kəlbəcər rayon sakini Maral Nəsibovanın küt alətlə qətlə yetirilmiş meyiti evində tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb. 

 

Yevlax RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar