Daxili İşlər Nazirliyi "Detektiv press" qəzetinin şöbə müdirinin narkotiklə yaxalanması ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, martın 31-də saat 05 radələrində Cəlilabad şəhəri ərazisində Bakı şəhər sakini Səbuhi Ağalarovun idarə etdiyi "Mercedes" markalı avtomobil Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı ümumi çəkisi 4 kiloqram narkotik vasitə - 2 kiloqram 135 qram heroin, 805 qram marixuana və 1 kiloqram 30 qram tiryək aşkar edilərək götürülüb.
S.Ağalarov və onun sərnişini, Bakı şəhər sakini Xanış Qasımov tutulublar.
Qeyd edək ki, S.Ağalarov jurnalistdir.