Daxili İşlər Nazirliyi Goranboy sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 15-də Goranboy rayonunun Zeyvə kəndinin otlaq sahəsində kənd sakini Nurlan Kərimov mal-qara otararkən minaya düşüb. Partlayış nəticəsində xəsarət almış N.Kərimov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, N.Kərimovun sol ayağı amputasiya edilib.