DİN körpələrin öldüyü dəhşətli hadisə ilə bağlı məlumat yaydı
16 mart 2016 12:10 (UTC +04:00)

DİN körpələrin öldüyü dəhşətli hadisə ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Abşeron rayonunda azyaşlıların ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 15-də saat 12 radələrində Abşeron rayonunun Digah qəsəbəsində yaşayan Ruslan Zeynalovun evində yanğın baş verib. Nəticədə 9 kvm. sahədə mətbəxin yanar konstruksiyaları və dam örtüyü yanıb, yanğın söndürüldükdən sonra R.Zeynalovun oğlanları - 5 yaşlı Nihadın və 3 yaşlı Sadiqin tüstüdən boğulmuş meyitləri tapılıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar