Daxili İşlər Nazirliyi (DİN) bu gün İsmayıllı rayonunun Basqal kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 4-də saat 03 radələrində İsmayıllı rayonunun Basqal kəndində Şəki rayon sakini Vüsal Manafov idarə etdiyi “Ford” markalı mikroavtobusu dərəyə aşırıb.
Avtobusdakı sərnişinlərdən 2 nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.